"Trabzonspor” klubu baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
"Trabzonspor" Çimşirin rəhbərliyi altında Türkiyə Super Liqasının 33-cü turunda "Konyaspor"a 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.
Fanat.Az