“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı

“Trabzonspor” avrokuboklardan kənarlaşdırıldı
Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası "Trabzonspor”la bağlı qərarını açıqlayıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə klubu 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirməyib. Bu səbəbdən Palata "Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakına qadağa qoyub.
Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər