"Spartak" Avropa Liqasında iştirak etməyəcək

"Spartak" Avropa Liqasında iştirak etməyəcək

UEFA Moskva "Spartak"ını Avropa Liqasından kənarlaşdıra bilər.

Fanat.Az "Svpressa" saytına istinadən xəbər verir ki, Rusiya təmsilçisi turnirin 1/8 final mərhələsində Almaniya “Laypsiq”inə qarşı oyunlarda iştirak etməyəcək.

Beləliklə, Bundesliqa komandası avtomatik olaraq turnirin 1/4 finalına yüksələcək.

Mənbə qeyd edir ki, UEFA Rusiya klublarının avrokuboklarda çıxışını davam etdirməsi və daha sərt mövqe tutması ilə bağlı ötən cümə günü verdiyi qərara yenidən baxmaq qərarına gəlib.

Yaxın günlərdə UEFA Moskvanın “Spartak” klubunun Avropa yarışlarından kənarlaşdırıldığını və “Qazprom”la sponsorluq müqaviləsinə xitam verdiyini açıqlayacaq.

Xatırladaq ki, daha əvvəl UEFA “qırmızı-ağlar”ın Avropa Liqasında çıxışına icazə versə də, ruslar ev oyunlarını neytral meydanda keçirməli olacaqdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər