Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda səfərdə "Trabzonspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Adana Dəmirspor" hazırda 32 xalla 12-cidir.