Rüfət meydana çıxdı, komandası Xorvatiya çempionunu səfərdə yendi

Rüfət meydana çıxdı, komandası Xorvatiya çempionunu səfərdə yendi

Xorvatiya çempionatında 4-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv son çempion "Rieka"nın qonağı olub. Oyun Rüfətin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət meydana 68-ci dəqiqədə, hesab 1:1 olarkən buraxılıb.

Qeyd edək ki, əvvəlki iki turda 2 heç-heçə ilə yadda qalan "Varajdin" bu qələbə sayəsində xal hesabını 5-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər