Ronaldu 20 il sonra Avropa Liqasında oynayacaq - RƏSMİ

Ronaldu 20 il sonra Avropa Liqasında oynayacaq - RƏSMİ

"Mançester Yunayted" Avropa Liqasının qrup mərhələsinin oyunlarında iştirak edəcək futbolçularının siyahısını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, siyahıda ulduz hücumçu Kriştianu Ronaldu da var. 

Beləliklə, Ronaldu 20 ildən sonra ilk dəfə AL-də oynayacaq. Portuqaliyalı sonuncu dəfə 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. O zaman turnir UEFA Kuboku adlanırdı və Ronaldu “Sportinq”də çıxış edirdi. 

Ronaldu 20 il sonra Avropa Liqasında oynayacaq - RƏSMİ Xatırladaq ki, “Mançester Yunayted”in qrup mərhələsindəki rəqibləri “Omoniya”, “Şerif” və “Real Sosyedad” olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər