Ramil Şeydayevin "Trabzonspor"dakı əsas rəqibi sıradan çıxdı

Ramil Şeydayevin "Trabzonspor"dakı əsas rəqibi sıradan çıxdı
"Trabzonspor"un və Türkiyə millisinin hücumçusu Burak Yılmaz ağır zədə alıb.
Qaynarinfo xəbər verir ki, Sloveniyadakı təlim-məşq toplanışında zədələnən 33 yaşlı forvardın əzələsi yırtılıb və əməliyyat olunacağı dəqiqləşib. Həkimlər onun ən azı bir ay kollektivdən ayrı qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, Türkiyə millisinin üzvü Superliqanın ilk turlarını buraxacaq.
Bu zədə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin əsas heyət üzvünə çevrilmə şanslarını artırıb. Burak və Ramildən başqa "Trabzonspor"da daha iki hücumçu var: Muhammet Beşir və Uqo Rodalleqa.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər