Avropa çempionatının qrup mərhələsində daha 3 qarşılaşmanın hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisinin Xorvatiya ilə görüşü isveçli Yonas Erikssona tapşırılıb.
C qrupu çərçivəsində oynanılacaq Polşa - Şimali İrlandiya matçını rumıniyalı Ovidiu Alin Hateqan, Almaniya - Ukrayna matçı isə ingiltərəli Martin Atkinson idarə edəcək.
"AVRO-2016
12 iyun
D qrupu
17.00 Türkiyə - Xorvatiya
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Johannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Uillyam Kollum (Şotlandiya)
Ehtiyat yan xətt hakimi: Damyen Makqreyt (İrlandiya)
Hakim-inspektor: Devid Elleri (İngiltərə)
UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)
Paris. “Stad de Frans”
C qrupu
20.00 Polşa – Şimali İrlandiya
Baş hakim: Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Vlado Sayn (Sloveniya)
UEFA nümayəndəsi: Byörn Vassallo (Malta)
Nitsa. Şəhər stadionu
23.00 Almaniya – Ukrayna
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki, Stefen Çild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Robert Madden (Şotlandiya)
Ehtiyat yan xətt hakimi: Fransis Konnor (Şotlandiya)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Adonis Prokopiu (Kipr)
Lill. “Pyerr Mauro” stadionu
Fanat.az