"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

"Atalanta" rəhbərliyi komandanın baş məşqçisi Can Pyero Qasperiniyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə 67 yaşlı çalışdırıcıya müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma təklif olunacağını vurğulayıb. Xəbərə görə, Berqamo təmsilçisinin rəhbərliyi bir neçə başqa klubun diqqət mərkəzində olan Qasperini ilə yaxın günlərdə görüşməyi planlaşdırır. 

Xatırladaq ki, 71 xalı olan "Atalanta" A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər