"Atalanta" Mirançuku bu kluba satır - Tərəflər razılığa gəldilər

"Atalanta" Mirançuku bu kluba satır - Tərəflər razılığa gəldilər

Rusiyalı futbolçu Aleksey Mirançuk "Atlanta"nı tərk etməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italy" yayıb.

Məlumata görə, Mirançukun ABŞ-nin "Atlanta Yunayted" klubu ilə apardığı danışıqlar müsbət yekunlaşıb və tərəflər şifahi razılığa gəliblər. Mənbə keçidin detallarının iyulun 26-da dəqiqləşəcəyini vurğulayıb.

Daha öncə İtaliya təmsilçisinin bu transferdən 10 milyon avro qazanacağı, futbolçunun özünün isə MLS klubu ilə 4 illik müqavilə bağlayacağı və hər mövsüm üçün 3 milyon avroya yaxın maaş alacağı bildirilmişdi.

Qeyd edək ki, 28 yaşlı Mirançuk son mövsümdə "Atalanta" forması ilə 42 matça çıxaraq 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər