"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Devid Ornşteyn yayıb.
Məlumata görə, nigeriyalının xidmətində maraqlı olan "Bayern Münhen" artıq Berqamo təmsilçisinə rəsmi təklif göndərib. Mənbə Münhen klubunun Lukmanı sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istəyir. Xəbərdə afrikalı forvardın hazırda iş yerini dəyişmək barədə düşündüyü də diqqətə çatdırılıb.
Qeyd edək ki, Lukman İngiltərənin "Çarlton" klubunun yetirməsidir. O, "Atalanta"ya keçənə qədər "Everton", "Fulhem", "Lester" və "Leyptsiq"in uğurları üçün çalışıb.
Nihat