"Araz" Xorvatiyada məğlubiyyətlə başladı

"Araz" Xorvatiyada məğlubiyyətlə başladı

Futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Araz" bu gecə ilk matçına çıxıb.

Xorvatiyanın Zaqreb şəhərindəki “Dom Sportova” İdman Kompleksində meydana çıxan təmsilçimiz yerli “Nasional” klubu ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Araz"ın yer aldığı qrupun digər oyununda Rusiyanın "Uqra" klubu Almaniya "Hamburq"unu darmadağın edib - 4:0.

UEFA kuboku

Elit-raund

B qrupu

23 noyabr

Nasional (Xorvatiya) - Araz (Azərbaycan) 2:1

Qollar: Tihomir Novak, 36; 40 - Fineo, 40.

Nasional: 1. Franko Biliç, 2. Rok Mordej, 3. Kristian Kuyeç, 10. Tihomir Novak (k), 19. Franko Yelovciç. 

Ehtiyat oyunçular: 12. İvan Pavliç, 13. Franki Yamiciç, 4. Dominik Viher, 5. Yosip Yuriç, 7. Silvio Tot, 9. Renato Koturoviç, 11. Luka Periç, 14. Kristian Postrujin, 15. Rafael.

Baş məşqçi: Kuytim Morina.

Araz: 1. Rövşən Hüseynli, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 10. Vassura, 13. Everton Kardozo.

Ehtiyat oyunçular: 19. Emin Kürdov, 5. Fineo, 6. Eduardo, 7. Ramiz Çovdarov, 9. Oqtay Rüstəmli, 11. Xətai Bağırov, 15. Fabio Poletto, 17. İsa Atayev.

Baş məşqçi: Miltinyo. 

Sarı vərəqələr: Fineo, 31. Everton Kardozo, 33. 

Hakimlər:  Eduardo Fernandes Koelyu (Portuqaliya), Qabriel German (Rumıniya), Paskal Lemaldan (Belçika).

Zaqreb. “Dom Sportova” idman kompleksi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər