Qasperini karyerasında ilk dəfə kubok gördü - "Atalanta" isə...

Qasperini karyerasında ilk dəfə kubok gördü - "Atalanta" isə...

Mayın 22-də “Atalanta” Avropa Liqasının finalında “Bayer Leverkuzen”ə qalib gəlib. 

Fanat.Az xəbər verir ki, Dublindəki “Aviva” stadionunda keçirilən görüş 3:0 hesabı ilə İtaliya təmsiloçisinin xeyrinə başa çatıb.

Beləliklə, “sirenlər”in baş məşqçisi Can Pyero Qasperini 66 yaşında peşəkar karyerasında ilk kubokunu qazanıb. "Atalanta" üçünsə bu, ikinci kubok olub. Klub ilk və sonuncu dəfə 1963-cü ildə İtaliya Kubokunu başı üzərinə qaldırmışdı. 

Qasperini karyerası ərzində “Krotone”, “Cenoa”, “İnter” və “Palermo”nu çalışdırıb. İtaliyalı mütəxəssis 2016-cı ilin iyunundan “Atalanta”nın sükanı arxasındadır. Qasperininin klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun rəhbərliyi altında klub 36 turdan sonra 66 xalla A Seriyasında 5-ci pillədə qərarlaşıb. Həmçinin, “Atalanta” İtaliya kubokunun finalına çıxıb və burada “Yuventus”a uduzub (0:1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər