Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Canluka Di Martsionun saytı yayıb. 

Xəbərə görə, onun xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentisin hazırda sözügedən mütəxəssislə danışıq apardığını vurğulayıb.

"Napoli"yə cari mövsüm 3 mütəxəssis rəhbərlik edib. Mövsümün əvvəlində baş məşqçi postunda olan noyabrda qovulubsa, onu əvəzləyən Valter Matsarri fevralda istefaya göndərilib. Hazırda komandanı Françesko Kaltsona çalışdırır.

36 tura 51 xal toplayan "Napoli" A Seriyasının turnir cədvəlində 9-cu pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər