Ramil Şeydayevlə bağlı yeni iddia

Ramil Şeydayevlə bağlı yeni iddia
Ramil Şeydayev mövsümün sonunda "Qarabağ"dan ayrılacaq. Fanat.Az xəbər verir ki, hücumçu müqavilə ilə məxsus olduğu "Trabzonspor"a qayıdacaq.
Bu barədə Türkiyənin haber61.net saytı məlumat yayıb. Ramil "Qaarabağ"da icarə əsasında çıxış edir. "Trabzonspor”a qayıdacaq futbolçunun Super Liqa klubunda qalıb-qalmayacağı hələ bilinmir. 
Super Liqa klubunun baş məşqçisi Rıza Çalımbay 21 yaşlı forvardı yay təlim-məşq toplanışında sınamaq fikrindədi. Şeydayev hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərə bilsə, çalışdırıcı onu komandada saxlayacaq.
Qeyd edək ki, Şeydayev bu mövsüm "Qarabağ”ın əsas heyətində 11 oyun keçirib.
 
Onu da qeyd edək ki, Ramilin "Neftçi"yə keçmək ehtimalı da var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər