Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, rəqib Xorvatiyanın “Umaq Mladost” klubunun U-17 komandası olub.
Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Fərid Nəbiyev və Qara Qarayev vurub.
Fanat.az