Prosineçki Xorvatiyaya qarğış elədi

Prosineçki Xorvatiyaya qarğış elədi

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına verdiyi açıqlamada həmyerlilərini öz nəslinin futbolçuları ilə müqayisə edib. Fanat.az xəbər verir ki, dünən yığmamızın "sükanı arxası"nda ilk rəsmi qələbəsini qazanan mütəxəssis millimizlə eyni qrupda qərarlaşan xorvatlara məğlubiyyət "qarğış"ı da edib.

"Xorvatiya yığmasının hazırkı nəsli 1998-ci ildə dünya çempionatındakı bürünc uğurumuzu təkrarlaya bilər. Modriç, Mancukiç, Rakitiç, Kovaçiç - Avropanın top klublarında oynayan kifayət qədər istedadlı futbolçularımız var. Seçmə mərhələdə uğurla çıxış edirlər və ümid edirəm ki, Avropa çempionu olmağı bacaracaqlar".

Daha sonra xorvatiyalı mütəxəssis hamyerlilərinin sentyabrın 3-də Bakıda millimizlə baş tutacaq qarşılaşması barədə danışıb: "Əlbəttə, Xorvatiyaya qarşı oyun mənim üçün xüsusi önəm kəsb edəcək. Bu, yeganə hal olacaq ki, Xorvatiyaya məğlubiyyət arzulayacam. Gözəl başa düşürük ki, bu rəqibə qarşı bizə çox çətin olacaq. Ancaq layiqli çıxış üçün əlimizdən gələni edəcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər