Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki hazırda vətənindədi. Fanat.az xəbər verir ki, yığmamızın çalışdırıcısının Xorvatiyaya yollanmasının səbəbi bəlli olub.
Belə ki, təcrübəli çalışdırıcı ticarət sahəsində də özünü sınamaq qərarına gəlib. Xorvatiya mətbuatının yaydığı məlumata görə, Prosineçki bazar açıb. Mütəxəssisin həmin yarmarkaya Azərbaycan yığmasındakı köməkçisi Yanko Yankoviçlə birlikdə sərmayə qoyduğu bildirilir.
Fanat.az