Premyer Liqa klubundan "Trabzonspor"a transfer

Premyer Liqa klubundan "Trabzonspor"a transfer
"Trabzonspor” transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi növbəti keçidini reallaşdırıb.
Qara dənizlilər İngiltərə Premyer Liqasında mübarizə aparan "Lester”in hücumameyilli oyunçusu Fousseni Diabateni heyətinə cəlb edib. 25 yaşlı malili futbolçu "Trabzonspor”la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Fousseni Diabate 2018/19 mövsümünü icarə əsasında Türkiyənin digər klubu "Sivasspor”da keçirib. O, ötən mövsüm icarə əsasında Fransanın "Amyen" klbunda çıxış edib (24 oyun, 1 qol, 3 məhsuldar ötürmə).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər