Modriç Xorvatiya millisi ilə bağlı yekun qərarını verdi

Modriç Xorvatiya millisi ilə bağlı yekun qərarını verdi

"Real Madrid"in xorvat yarımmüdafiəçisi Luka Modriç milli karyerasına son qoymaq niyyətindən uzaqdır.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı ulduz 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq istəyir.

Modriçin Xorvatiya yığmasının Millətlər Liqası çərçivəsində sentyabrda keçirəcəyi matçlara çağırıldığı diqqətə çatdırılıb. 

Xatırladaq ki, "dama-damalar" sentyabrın 5-də Portuqaliya, 8-də isə Polşa ilə qarşılaşacaqlar. 

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər