Millimizlə oyundan öncə Xorvatiya yığmasında ağır itki

Millimizlə oyundan öncə Xorvatiya yığmasında ağır itki
Xorvatiya milli komandasının və Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Ante Rebiç dizindən xəsarət alıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu Bundesliqanın XXIV turunda evdə "Hoffenhaym"a 3:2 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib. Onun 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlarda iştirakı sual altındadı.
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç bildirib ki, forvard barədə yekun qərarı gələn həftə verəcəyini söyləyib: "Rebiç "Hoffenhaym"la görüşdə dizindən zədələnib. O, həm Avropa Liqasındakı, həm də həftəsonu Almaniya Bundesliqasındakı oyunu buraxacaq. Durumu ilə bağlı gələn həftə qərar verəcəyik. Hamin vaxt oynamağa hazır olub-olmadığına nəzər yetirəcəyik. İndi bu barədə danışmaq tezdi".
Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər