Final mərhələsi 2016-cı ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı rəqiblər müəyyənləşib. Fanat.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatmanın nəticəsinə əsasən, yığmamız 3-cü qrupda Belçika, Uels və Xorvatiya komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çemponatının ilkin seçmə mərhələsinin oyunları gələn ilin 15-20 sentyabr tarixlərində keçiriləcək. Meydan sahibi birbaşa final mərhələsinə, İngiltərə və İspaniya elit-raunda vəsiqə qazanıb. İlkin seçmə mərhələdə qrupda ilk iki yeri tutanlar elit-raunda çıxacaq.
I qrup: İsveçrə, İslanliya, Yunanıstan, Gürcüstan.
II qrup: Fransa, Çexiya, Bosniya və Hersoqovina, Farer adaları.
III qrup: Belçika, Uels, Xorvatiya, Azərbaycan.
IV qrup: Finlandiya, Polşa, Türkiyə, Litva.
V qrup: Almaniya, Serbiya, Macarıstan, Qazaxıstan.
VI qrup: İsveç, Şimal İrlandiya, Makedoniya, Çernoqoriya.
VII qrup: Hollandiya, İtaliya, Cənubi Kipr.
VIII qrup: Norveç, Portuqaliya, Estoniya, İsrail.
IX qrup: Danimarka, Rumıniya, Belarus, Latviya.
X qrup: İrlandiya, Rusiya, Sloveniya, Bolqarıstan.
XI qrup: Şotlandiya, Avstriya, Ukrayna, Albaniya.
Fanat.az