Millimiz Xorvatiya ilə bu stadionda oynayacaq

Millimiz Xorvatiya ilə bu stadionda oynayacaq
Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Fanat.az xəbər verir ki, bu il oktyabrın 13-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Osiek şəhərindəki Qradski stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Qeyd edək ki, Qradski stadionu 1980-ci ildə inşa olunub. Arenada 2005 və 2010-cu illərdə yenidən qurma işləri aparılıb. 22050 azarkeş tutumuna malik olan stadionda "Osiek" klubu ev oyunlarını keçirir. 
Xorvatiya yığması indiyədək bu arenada 8 oyun keçirib və heç bir matçda məğlub olmayıb. 6 qələbə qazanan xorvatlar yalnız Estoniya və İranla yoldaşlıq oyunlarında heç-heçə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər