Milli Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək

Milli Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, yığma Sloveniyada baş tutan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Komandamız Xorvatiya millisi ilə iki yoxlama matçında qarşılaşacaq.  
Qeyd edək ki, mundial sentyabrın 23-dən oktyabrın 12-dək davam edəcək. İtaliyanın ev sahibliyi etdiyi dünya birinciliyində millimiz D qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Yaponiya, Çin, Puerto-Riko, Belçika və Kuba yığmalarıdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər