Xorvatiya - İngiltərə oyununda "sülh", Belçika qələbə qazandı

Xorvatiya - İngiltərə oyununda "sülh", Belçika qələbə qazandı
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutub.
A Liqasında 2 qarşılaşma təşkil olunub. Sonuncu dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə münasibətlərə aydınlıq gətirib. 2:1 hesablı qələbə qazanan belçikalılar vahid liderliyi ələ keçirib. 
Günün ən maraqla gözlənilən qarşılaşması da A Liqasında baş tutub. Xorvatiya evdə İngiltərə ilə qarşılaşıb. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olmuşdu. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Qrupa 6 xalla İspaniya yığması başçılıq edir.
B Liqasının Avstriya Şimali İrlandiyanı yenərək ilk xllarını qazanıb - 1:0. Qrupun lideri 6 xalı olan Roberto Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina millisidi. 
C Liqasının II qrupunda Finlandiya Estoniyaya, Yunanıstan Macarıstana 1:0 hesabı ilə qalib gəlib. Maksimum nəticə gstərən və bütün oyunlarda eyni hesablı (1:0) qələbə qazanan Finlandiya qrup lideridi. Yunanıstan ikinci pilləni ələ keçirib. Macarıstanın 3 xalı varsa, Estoniya xal qazana bilməyib.
Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu 1:0, Moldova isə San Marinonu 2:0 hesabı ilə yenib. Xal hesabını 7-yə yüksəldən Belarus liderliyi ələ keçirib. 6 xalı olan Lüksemburq ikinci pilləyə düşüb. Moldova 4 xalla üçüncü, San Marino isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
 
UEFA Millətlər Liqası
III tur
A Liqası
II qrup
Belçika - İsveçrə 2:1
Qollar: Romelu Lukaku, 58; 84 - Mario Qavranoviç, 76.
 

1.

Belçika

2

2

0

0

5:1

6

2.

İsveçrə

2

1

0

1

7:2

3

3.

İslandiya

2

0

0

2

0:9

0

IV qrup
Xorvatiya - İngiltərə 0:0
 

1.

İspaniya

2

2

0

0

8:1

6

2.

İngiltərə

2

0

1

1

1:2

1

3.

Xorvatiya

2

0

1

1

0:6

1

B Liqası
III qrup
Avstriya - Şimali İrlandiya 1:0
Qol: Marko Arnautoviç, 71.
 

1.

Bosniyavə Her.

2

2

0

0

3:1

6

2.

Avstriya

2

1

0

1

1:1

3

3.

Şimali İrlandiya

2

0

0

2

1:3

0

C Liqası
II qrup
Estoniya - Finlandiya 0:1
Qol: Teemu Pukki, 90+1.
Yunanıstan - Macarıstan 1:0
Qol: Konstantinos Mitroqlou, 65.
 

1.

Finlandiya

3

3

0

0

3:0

9

2.

Yunanıstan

3

2

0

1

3:2

6

3.

Macarıstan

3

1

0

2

2:3

3

4.

Estoniya

3

0

0

3

0:3

0

D Liqası
II qrup
Belarus - Lüksemburq 1:0
Qol: Anton Saroka, 43.
Moldova - San Marino 2:0
Qollar: Radu Qinsari, 31; 67.
 

1.

Belarus

3

2

1

0

6:0

7

2.

Lüksemburq

3

2

0

1

7:1

6

3.

Moldova

3

1

1

1

2:4

4

4.

San Marino

3

0

0

3

0:9

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər