Məşhur mütəxəssis "Trabzonspor"da

Məşhur mütəxəssis "Trabzonspor"da
Uğursuz mövsüm keçirən "Trabzonspor" baş məşqçisini dəyişir. 
Fanat.Az xəbər verir ki, Qara dəniz klubu mövsümün sonunda Rza Çalımbayla yollarını ayıracaq.
Artıq "Trabzonspor"un yeni baş məşqçisi də bəllidi. İddialara görə, məşhur braziliyalı mütəxəssis Karlos Dunqa komandanın başına keçəcək.
Qeyd edək ki, Karlos Dunqa 2006-2010 və 2014-2016-cı illərdə Braziliyanın əsas, 2008-ci ildə U-23 millilərini, 2012-2013-cü illərdə "İnternasional" klubunu çalışdırıb. Braziliya yığması onun rəhbərliyi altında 2017-ci ildə Amerika Kubokunu, 2009-cu ildə FIFA Konfederasiyalar Kubokunu qazanıb. "DÇ-2016"nın 1/4 finalında komanda Hollandiyaya uduzduqdan sonra baş məşqçi istefaya göndərilib və həmin vaxtdan işsizdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər