İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Brentford" - "Liverpul" matçı (3:3) qonaqların hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, görüşün 54-cü dəqiqəsində rəqib qapısına yol tapan misirli futbolçu mersisaydlıların formasıyla İngiltərə çempionatında 100-cü qolunu vurub.
Bu nəticəni 151-ci Premyer Liqa oyununda reallaşdıran Salah Rocer Hantın rekordunu yeniləyib.
Qeyd edək ki, Hant "Liverpul" formasıyla çıxdığı 152-ci çempionat matçında 100 qol həddinə çatmışdı.
Nihat