Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü

Məhəmməd Salahdan inanılmaz uğur - Tarixə düşdü
Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, misirli ulduz komandasının "Huddersfild"i 5:0 hesabı ilə yendiyi matçda rekord müəllifi olub.
Belə ki, Salah "Liverpul" forması ilə 100 oyunda ən çox qol vuran futbolçu olub. O, 100-cü oyununda dubl edərək qollarının sayını 69-a çatdırıb və bununla da adını tarixə yazdırıb.
Bu rekord indiyədək Sam Raybuld və Rocer Hunta məxsus idi. Onlar 100 oyunda 68 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər