Mbappe "Atalanta" ilə oyunu buraxa bilər - SON DURUM

Mbappe "Atalanta" ilə oyunu buraxa bilər - SON DURUM
PSJ-nin hücumçusu Kilian Mbappenin tibbi müayinəsinin nəticəsi məlum olub.
Fanat.Az "RMC Sport"un jurnalisti Məhəmməd Buhafsinin "Twitter" hesabına istinadən xəbər verir ki, Mbappenin topuğu burxulub. 21 yaşlı futbolçunun avqustun 12-də Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ ilə oynanılacaq matçı buraxmaq ehtimalı var.
Qeyd edək ki, Mbappe ötən gün Fransa Kubokunun finalında "Sent-Etyen"ə qarşı oyunda rəqibin müdafiəçisi Loik Perrenin sərt müdaxiləsi nəticəsində sıradan çıxmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər