Mahir Emreli Xorvatiya Super Kubokunu qazandı

Mahir Emreli Xorvatiya Super Kubokunu qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya Super Kubokunda “Hayduk”la (Split) qarşılaşıb.

Fanat.Az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub. Beləliklə, "Dinamo" Xorvatiya Super Kubokunun qalibi olub.

Mahir Emreli ehtiyat oyunçular arasına yer alıb və meydana çıxmayıb. 

Xatırladaq ki, "Dinamo" son Xorvatiya çempionu, "Hayduk" Xorvatiya kubokunun sonuncu qalibidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər