Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klublarının da futbolçuları koronavirusa yoluxub.
Fanat.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
"Qalatasaray"ın 2, "Trabzonspor"un 1 futbolçusunda virus aşkarlanıb.
Onların kim olduğu açıqlanmır. Koronavirusa yoluxmuş futbolçular təcrid olunub.
Qeyd edək ki, daha əvvəl "Fənərbağça"nın bir futbolçusunda koronavirus aşkarlanmışdı.
Fanat.az