Konfrans Liqası: “Fiorentina” evdə, “Alkmaar” səfərdə uduzdu

Konfrans Liqası: “Fiorentina” evdə, “Alkmaar” səfərdə uduzdu

Bu gün Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İtaliyanın “Fiorentina” komandası doğma meydanda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə bitib.

İngiltərənin “Vest Hem” klubu isə Niderland “Alkmaar”ını qəbul edib və çətin qələbəyə sevinib.

Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.

Avropa Konfrans Liqası Yarımfinalın ilk oyunları 11 may

Fiorentina (İtaliya) – Bazel (İsveçrə) 1:2 Qol: A.Kabral, 25 – A.Diuf, 71. A.Zeqiri, 90+3. Vest Hem (İngiltərə) – Alkmaar (Niderland) 2:1 Qol: S.Benrahma, 67. M.Antonio, 76 – T.Reynders, 42.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər