Avropa Liqası: "Keşlə" penaltilər seriyasında yenildi

Avropa Liqası: "Keşlə" penaltilər seriyasında yenildi
"Keşlə" bu gün Avropa Liqasında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ötən mövsümün bürünc medalçısı Bakıda Albaniya "Laçi"si ilə üz-üzə gəlib.
"ASK Arena"dakı qarşılaşma saat 21.00-da start götürüb. 
Bu, komandaların avrokuboklarda 2-ci dueli olub. Daha əvvəl 2015/16 mövsümündə yenə Avropa Liqasının I raundunda üz-üzə gələn komandaların görüşündə o vaxtkı adı ilə "İnter" iki matçın nəticəsinə əsasən mərhələ adlamışdı.
 
Oyunun əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda da tərəflərin cəhdi fayda vermədiyinə görə əlac penaltilərə qalıb. İlkin Qırtmovdan başqa bütün topa yaxınlaşanlar istəyinə çatdığı üçün "Keşlə" Avropa Liqası ilə vidalaşıb:
Qeyd edək ki, bu gün "Keşlə" ilə yanaşı, "Neftçi" və "Sumqayıt" da Avropa Liqasında mübarizəyə başlayacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
Keşlə (Azərbaycan) - Laçi (Albaniya) 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqələr: Lukas Ramos, 72 (Laçi) - Şəhriyar Əliyev, 112 (Keşlə)
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (Gürcüstan).
Bakı, "ASK Arena”.
 
Keşlə: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 17. Vüsal İsgəndərli, 19. Azər Salahlı, 21. Miyuşko Boyoviç, 23. Artur Batista, 25. Con Kamara, 42. Aleksandr Kristovao, 48. Dmitri Klets.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 11. Silvio, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Yunis Hüseynov.
Laçi: 31. Alen Şerri, 7. Redon Cica, 8. Lukas Ramos, 9. Kirian Nvabueze, 10. Reqi Luşkya, 11. Rudolf Turkay, 21. Ardit Deliu, 22. Albion Marku, 55. Aleksandr İqnatoviç, 66. Adolf Selmani, 95. Teko.
Ehtiyat oyunçular: 1. Edmir Sali, 13. Renato Maleta, 14. Mentor Mazrekay, 18. Dorian Kerçiku, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo.
Baş məşqçi: Armando Kunqu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər