Karlo Ançelotti "Atalanta" ilə oyundan nə gözləyir?

Karlo Ançelotti "Atalanta" ilə oyundan nə gözləyir?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-ci turunda "Atalanta"nın qonağı olacaq "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İtaliya təmsilçisi ilə oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Kral klubu"nun rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Bizi həqiqətən yaxşı oynayan komandaya qarşı çətin matç gözləyir. Onlar Avropa Superkubokundan sonra bir qədər də inkişaf ediblər. "Atalanta" əla formadadır. Rəqib bu mövsüm çox sayda qazanıb və olduqca motivasiyalıdır. Biz isə növbəti mərhələyə çıxmaq üçün qalan 3 oyundan maksimum faydalanmalıyıq".

Xatırladaq ki, "Real" hazırda ÇL-in turnir cədvəlində 24-cü, "Atalanta" isə 5-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər