İtaliyada "Atalanta" rüzgarı - Heç "böyük beşlik"də də beləsi yoxdur

İtaliyada "Atalanta" rüzgarı - Heç "böyük beşlik"də də beləsi yoxdur

İtaliyanın “Atalanta” klubu mövsümün ilk yarısında uğurlu çıxışı ilə diqqət çəkir.

Fanat.Az xəbər verir ki, berqamolular A Seriyasının turnir cədvəlində lider mövqeyindədirlər.

Can Pyero Qasperininin baş məşqçisi olduğu komanda keçirdiyi 17 oyundan 13-də qələbə qazanıb, 1 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib. Beləliklə, "Atalanta" Avropanın “böyük beşlik” çempionatlarında bu mövsüm 13 qələbə qazanan yeganə komandadır.

İngiltərə Premyer Liqasında lider "Liverpul"un, o cümlədən Fransa Liqa 1-də PSJ-nin, İspaniya La Liqasında "Atletiko Madrid"in 12, Almaniya Bundesliqasında isə 1-ci pillədə qərarlaşan "Bayern Münhen"in aktivində 11 qələbə var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər