İngiltərə Kubokunun 1/16 finalında "Liverpul" "Kardiff Siti"ni qəbul edib.
Fanat.Az xəbər verir ki, "Enfild"də baş tutan oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 53-cü dəqiqədə Dioqu Jota açıb. 68-ci dəqiqədə Takumi Minamino mersisaydlıların üstünlüyünü 2 topa çatdırıb. Xarvi Eliot 3-cü qolu vurandan (78-ci dəqiqə) 4 dəqiqə sonra isə Rubin Kolvill qonaqları təsəlli topu ilə ovundurub.
Növbəti mərhələyə adlayan "Liverpul" 1/8 finalda "Norviç Siti" ilə üz-üzə gələcək.