"Tottenhem Hotspur" "Atalanta"nın qapıçısı Pyerluici Qollininin transferini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, bunu şəxsi "Twitter" hesabında tanınmış insayder Fabritsio Romano yazıb.
London klubu qolkiperi sonradan transfer hüquqularına yiyələnə bilmək şərtiylə birillik icarəyə götürüb.
Qollini son mövsümdə Berqamo təmsilçisində bütün turnirlərdə 32 oyuna çıxıb. Bu görüşlərdə 32 top buraxan əlcək sahibi 13 dəfə qapısını toxunulmaz saxlayıb.
Nihat