Gənc velosipedçilərimiz Xorvatiyada yarışıb - VİDEO

Gənc velosipedçilərimiz Xorvatiyada yarışıb - VİDEO
Xorvatiyada velosiped idmanının şosse növü üzrə gənclər arasında ənənəvi “Tour of İstria” yarışı keçirilib. Fanat.az xəbər verir ki, 3 gün davam edən yarışda Azərbaycanı yeniyetmə və gənclərdən ibarət yığma komandaların baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında 5 idmançı təmsil edib.
Yürüşün 114 km-dən ibarət ilk mərhələsində yığma komanda üzvlərimizdən ən yaxşı nəticəyə Elgün Əlizadə imza atıb - o məsafəni liderlər qrupunda 2 saat 41 dəqiqə 59 saniyəyə başa vurub və fotofinişə əsasən 16-cı olub.
İkinci mərhələdə 90 km-lik dağ yollarında mübarizə aparan velosipedçilərimizdən yenidən Elgun Əlizadə fərqlənməyi bacarıb - o liderdən 23 saniyə geri qalmaqla 33-cü nəticə göstərib - 2 saat 34 dəqiqə 40 saniyə.
Və nəhayət, 112 km məsafəni əhatə edən son mərhələdə Elgün Əlizadə və Kənan Qəhrəmanlı finişi liderlər qrupunda bitiriblər - 2 saat 47 dəqiqə 2 saniyə. Fotofinişə əsasən Elgün 25-ci, Kənan 30-cu olub.
3 mərhələnin yekununa əsasən, idmançılarımız arasında ən yüksək nəticəyə Elgün Əlizadə imza atıb - o yarışın qalibindən 36 saniyə geri qalmaqla “Tour of Istria”nı 28-ci pillədə bitirib.
Qeyd edək ki, builki yarışda 25 ölkədən 150 velosipedçi mübarizə aparıb. Gənclər arasında təşkil edilən “İstria” turu yeni istedadların üzə çıxması baxımından mütəxəssislər tərəfindən önəmli turnir kimi dəyərləndirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər