Millinin sabiq futbolçusu: "Gəlin, Xorvatiyanı parçalayaq!"

Millinin sabiq futbolçusu: "Gəlin, Xorvatiyanı parçalayaq!"

Rusiyanın II Divizion təmsilçisi "Veles"in yarımmüdafiəçisi Dmitri Tarasov Xorvatiya ilə oyun öncəsi millinin futbolçularına səslənib.

Fanat.Az xəbər verir ki, bu barədə MFL-in (Milli Futbol Liqası) teleqram kanalı məlumat yayıb.

DÇ-2022-nin seçmə mərhələsində yığmaya uğurlar arzulayan Tarasov bildirib ki, "Rusiya millisindən olan oğullarımıza Xorvatiya ilə qarşıdakı oyunda qələbə və uğurlar arzulayıram. Uşaqlar, bayrağımız və vətənimiz üçün bütün qəlbinizlə, bütün canınızla oynayın. Sizə inanırıq, hər zaman sizi dəstəkləyirik. Mən həmişə sizinləyəm. Gəlin, birlikdə Xorvatiyanı parçalayaq!"

Xatırladaq ki, Dmitriy Tarasov 2013-cü ildən 2017-ci ilə qədər Rusiya millisinin şərəfini qoruyub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər