Fransa klubundan "Trabzonspor"a 40 milyon avroluq təklif

Fransa klubundan "Trabzonspor"a 40 milyon avroluq təklif
Fransanın "Lill" klubu "Trabzonspor"un iki futbolçusunu transfer etmək istəyir.
Fanat.Az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, fransızlar Super Liqa təmsilçisindən Yusuf Yazıcı və Abdülkadir Ömürü hədəfə alıb.
"Lill"in bu yay forvardı Nikolas Pepeni satacağı gözlənilir. 23 yaşlı futbolçunu "Arsenal", "Mançester Yunayted" və "Bavariya" istəyir. Fransa klubu bu futbolçudan 80 milyon avro qazanmağı planlaşdırır.
"Lill" bu məbləğin 40 milyon avrosunu Yusuf Yazıcı və Abdülkadir Ömürün transferinə xərcləmək niyyətindədi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər