"Fiorentina" “Atalanta”nın bürünc medal arzusunu gözündə qoydu

"Fiorentina" “Atalanta”nın bürünc medal arzusunu gözündə qoydu

İtaliya A Seriyasında 2023/24 mövsümü yekunlaşıb.

Fanat.Az xəbər verir ki, bu gün 29-cu turdan təxirə salınmış bir oyun keçirilib.

“Atalanta” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. Qalib gəlməklə mövsümü bürünc medallarla başa vurmaq imkanı olan meydan sahibləri bu fürsəti boşa verib. Avroliqanın qalibi Konfrans Liqasının finalçısı olan Florensiya təmsilçisinə uduzub. 

Beləliklə, “Atalanta” 69 xalla dördüncü olub. “Fiorentina” isə mövsümü 60 xalla səkkizinci sırada tamamlayıb.

İtaliya A Seriyası 29-cu turun oyunu 2 iyun

Atalanta – Fiorentina 2:3 Qollar: Lukman, 12. Skalvini, 32 – Belotti, 6; 45+1. N.Qonsales, 19.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər