FIFA "Trabzonspor"a transfer qadağası qoydu

FIFA "Trabzonspor"a transfer qadağası qoydu
Türkiyənin "Trabzonspor" klubu cəzaya məruz qalıb. 
Fanat.Az xəbər verir ki, bu qərarı FİFA qəbul edib. Buna səbəb isə, "Milan"ın şikayəti olub.
Belə ki, italyanlar Sosa və Yuray Kuçkanın transferində türklərin razılaşdıqları məbləği ödəmədiyini əsas götürib.
Məsələni araşdıran ali futbol qurumu Qara dəniz təmsilçisinə müvəqqəti transfer qadağası qoyub. Türklər qarşı tərəfə 13 milyon lirəlik borcu ödəyəcəkləri təqdirdə cəza qüvvədən düşəcək və komanda qış fasiləsində heyətinə oyunçu qata biləcək.
Qeyd edək ki, "Trabzonspor" əvvəllər Emmauel Masın transferi zamanı da "San Lorenzo"ya pulu vaxtında ödəmədiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər