"Trabzonspor"un baş məşqçisi Rza Çalımbay istefa verib.
Fanat.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis mətbuat konfransında komanda ilə yollarının qarşılıqlı razılaşma əsasında ayrıldığını söyləyib. O, Türkiyə Super Liqasının XXXIV turunda "Karabükspor"la oyunda son dəfə "Trabzonspor"un baş məşqçisi kimi oyuna çıxacağını deyib.
Qeyd edək ki, Rza Çalımbay mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edir. Komanda sona 1 tur qalmış 52 xalla 5-ci pilləni tutur və avrokuboklardan kənarda qalıb.
Bu arada "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman da istefa verib. Bu barədə Türkiyə mediasının qeyri-rəsmi məlumatında bildirilir.
İddialara görə, mütəxəssis qərarını rəhbərliyə çatdırıb və sonuncu turda evdə "Konyaspor"a qarşı keçirəcəkləri oyundan sonra postundan ayrılacaq.
Qeyd edək ki, "Fənərbaxça" 33 turdan sonra 69 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Son turda "Qalatasaray" məğlub olsa, "sarı-lacivərdilər" qələbə qazanaraq çempionluğu bayram edəcək.
Fanat.Az