Çempion büdrədi, "Barselona" və "Leypsiq" 1/8 finalda

Çempion büdrədi, "Barselona" və "Leypsiq" 1/8 finalda
Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə E,F,G və H qruplarındakı komandalar qarşılaşıb.
Turnirin son qalibi "Liverpul" İngiltərədə "Napoli"ni qəbul edib. Mersisayd təmsilçisi qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcəkdi. Lakin "qırmızılar" bir xala razı olaraq, vəsiqənin taleyini son tura saxlayıblar. E qrupunun digər matçında "Zalsburq" Belçikada "Genk"ə 4:1 hesabı ilə qalib gələrək xallarını 7-yə yüksəldib və 1/8 finala çıxmaq şansını saxlayıb. "Genk"in isə qrupda qalacağı dəqiqləşib.
F qrupunda "Barselona" "Borussiya"nı (Dortmund) qəbul edib. 3:1 hesabı ilə qalib gələn kataloniyalılar 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər oyununda "İnter" Çexiyada "Slaviya"nı məğlub edib - 3:1. Bununla da "Slaviya" qrupdan çıxmaq şanslarını itirib. "İnter" və "Borussiya" son turda ikinci vəsiqənin taleyinə aydınlıq gətirəcək.
Rusiyanın "Zenit" klubu G qrupunda Fransa "Lion"unu qəbul edib. Oyun rusların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Lion"la xal hesabını bərabərləşdirən "Zenit" həm fransızların 1/8 finala vəsiqə qazanmasını əngəlləyib, həm də mərhələ şansını saxlayıb. Digər görüşdə isə "Leypsiq" evdə "Benika" ilə "sülh"ə razılaşıb - 2:2. Bununla da Almaniya klubu 1/8 finala çıxıb. 
H qrupunda "Valensiya" İspaniyada "Çelsi" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Qrupun digər oyununda "Lill" Fransada "Ayaks"a uduzub - 0:2.Bu qrupda 1/8 finala hər iki vəsiqənin sahibi son turda müəyyənləşəcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr
E qrupu 
Liverpul (İngiltərə) - Napoli (İtaliya) 1:1
Qollar: Deyan Lovren, 65 - Dries Mertens, 21.
Genk (Belçika) - Zalsburq (Avstriya) 1:4
Qollar: Mbvana Samata, 85 - Patson Daka, 43. Takumi Minamino, 45. Hee-Çan Hvanq, 69. Erlinq Haaland, 87.
 

1

Liverpul

5

3

1

1

11:8

10

2

Napoli

5

2

3

0

7:4

9

3

Zalsburq

5

2

1

2

16:11

7

4

Genk

5

0

1

4

5:16

1

F qrupu 
Barselona (İspaniya) - Borussiya (Dortmund, Almaniya) 3:1
Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antoine Qrizmann, 67 - Cadon Sanço, 77.
 
Slaviya (Çexiya) - İnter (İtaliya) 1:3
Qollar: Tomas Souçek, 37-pen - Lautaro Martinez, 19; 88. Romelu Lukaku, 81
 

1

Barselona

5

3

2

0

7:3

11

2

İnter

5

2

1

2

9:7

7

3

Borussiya

5

2

1

2

6:7

7

4

Slaviya

5

0

2

3

3:8

2

G qrupu
Zenit (Rusiya) - Lion (Fransa) 2:0
Qollar: Artem Dzyuba, 42. Maqomed Ozdoyev, 84. 
Leypsiq (Almaniya) - Benfika (Portuqaliya) 2:2
Qol: Emil Forsberq, 89-pen; 90+6 - Pizzi, 20. Karlos Viniçius, 59.
 

1

Leypsiq

5

3

1

1

8:6

10

2

Zenit

5

2

1

2

7:6

7

3

Lion

5

2

1

2

7:6

7

4

Benfika

5

1

1

3

7:11

4

H qrupu
Valensiya (İspaniya) - Çelsi (İngiltərə) 2:2
Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50.
Lill (Fransa) - Ayaks (Hollandiya) 0:2
Qollar: Hakim Ziyeç, 2. Quinsi Promes, 59.

1

Ayaks

5

3

1

1

12:5

10

2

Valensiya

5

2

2

1

8:7

8

3

Çelsi

5

2

2

1

9:8

8

4

Lill

5

0

1

4

3:12

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər