Elnur Cəfərov Xorvatiyada 45 dəqiqə oynadı

Elnur Cəfərov Xorvatiyada 45 dəqiqə oynadı

Xorvatiya 2-ci liqasında XI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Elnur Cəfərovun çıxış etdiyi "Duqopolye" doğma meydanda "İmotski" ilə qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Elnur matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 18 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər