Elnur Cəfərov üçün Xorvatiyada 45 dəqiqə

Elnur Cəfərov üçün Xorvatiyada 45 dəqiqə

Xorvatiyanın ikinci liqasında IX turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopolye" səfərdə "Luçko"lə qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Elnur bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 15 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər