Əliyar Ağayev Xorvatiya - Hollandiya oyununda

Əliyar Ağayev Xorvatiya - Hollandiya oyununda

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək. Fanat.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən FIFA referisi Əliyar Ağayev ilk təyinatını alıb.

 

Həmyerlimiz I turun sabah keçiriləcək Xorvatiya - Hollandiya matçının ədalət təmsilçilərindən olacaq. O, Ulm şəhərinin Donau stadionunda baş tutacaq qarşılaşmanın 4-cü hakimi kimi meydana çıxacaq. Görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

 

Qeyd edək ki, görüşün baş hakimi ukraynalı Anatoli Jabçenko olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər