Əliyar Ağayev Avropa Liqasında

Əliyar Ağayev Avropa Liqasında
Əliyar Ağayev 2018/19 mövsümündə avrokuboklara ilk təyinatını alıb.
Fanat.Az xəbər verir ki, FIFA referisi Qazaxıstanın "Kayrat" və Hollandiyanın "Alkmaar" klubları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. 
Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər