Elçin Məsiyev "Benfika"nın oyununa təyinat aldı

Elçin Məsiyev "Benfika"nın oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev UEFA Gənclər Liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.

Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər