Daniel Sturridge rəsmən "Trabzonspor"da

Daniel Sturridge rəsmən "Trabzonspor"da
"Trabzonspor" Daniel Sturridgeni heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu bu barədə klub rəsmi açıqlama yayıb. Qara dəzniz təmsilçisi "Liverpul"dan gələn İngiltərə millisinin üzvü ilə 2+1 anlaşma əldə edib. Forvard Türkiyə klubuna azad agent kimi keçib. 
"Trabzonspor" 29 yaşlı futbolçunun maaşını da açıqlayıb. O, 2019/20 və 2020/21 mövsümlərinin hər birində 1.5 miyon avro maaş alacaq. Müqavilədəki +1 şərti artırılsa, maaş yenə eyni məbləğ olacaq. "Trabzonspor" həmçinin ona 2 milyon avro imza haqqı ödəyəcək
Qeyd edək ki, Daniel Sturridge karyerası ərzində "Mançester Siti", "Çelsi", "Liverpul", "Bolton" və "Vüst Bromviç" kublarında çıxış edib. Futbolçu İngiltərə millisində keçirdiyi 26 oyunda 8 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər